Hansı dövlət qurumları ləğv oluna bilər? - Deputatdan AÇIQLAMA

 Hansı dövlət qurumları ləğv oluna bilər? - Deputatdan AÇIQLAMA

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib.

Bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Biz əvvəllər də bəzi qurumların ləğvi prosesinə şahid olmuşuq.

Maraqlıdır, Azərbaycanda büdcədən maliyyələşən, lakin fəaliyyətsiz olan qurumlar varmı?

Deputat Etibar Əliyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, idarəetmənin optimallaşdırılması və rasionallaşdırılması üçün nazirliklər və komitə sədrləri hansı qurumun funksional olmadığını görməli, bu barədə hesabat verməlidirlər: 

“Əlavə qurumları saxlamaq istər büdcə xərcləri, istərsə də o qurumların funksionallığı ilə bağlı xeyli xərc aparır, büdcədən yeyirlər. 

Fikrimcə, zərurət olmayan, amma büdcədən pul ayrılan belə qurumlara Fövqəladə Hallar Nazirliyində rast gəlmək olur. Bundan əlavə, neft şirkətində, Elm və Təhsil Nazirliyində çoxşaxəli qurumlar var. Həmçinin müəyyən istiqamətlər üzrə institutların sayı çoxdur. Bu institutlar birləşə bilər. Böyük ərazilərdə yer tuturlar. Onları da nəzərdən keçirmək olar. Önəmli şirkətlərdə, nazirliklərdə alt qurumların sayı kifayət qədər var. Düşünüb, çoxunu sadalamaq mümkündür”.

12:00 - 19 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin