Türkiyənin İzmir şəhərinin Menemen rayonunda bir nəfərin pompalı tüfənglə atəş açması nəticəsində bir yeniyetmə ölüb, yeddi nəfər yaralanıb.
Asayis.Az Report-a istinadən xəbər verir ki, hadisəyə səbəb 18 yaşlı oğlanın musiqi səsinin kəsilməsi ilə bağlı tələbinin geri çevrilməsi olub.
Metin S. adlı gənc evinə gedərək oradan götürdüyü pompalı tüfənglə toy məclisinə qayıdıb. Sözügedən silahla ətrafa nizamsız atəş açmış şübhəli daha sonra hadisə yerindən qaçsa da, polis onu qısa müddətdə yaxalaya bilib.
Olayda yaralanmış səkkiz nəfər xəstəxanaya yerləşdirilsə də, onlardan 16 yaşlı Aytekin Elkalkmışın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.