Türkiyədə çoxlu sayda telefon oğurlayan şəxs saxlanılıb.
Asayis.Az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata əsasən, hadisə ölkənin Adana vilayətində baş verib.
Belə ki, karqo şirkətinin işçisi olan şəxs mağazaya çatdırmalı olduğu 33 ədəd telefonu oğurlayıb.
Bunlardan 28-ni sataraq sevgilisinə avtomobil hədiyyə edib.
Hadisə ilə bağlı dərhal polis tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmalar nəticəsində 21 yaşlı şübhəli polis tərəfindən saxlanılaraq məhkəməyə sövq edilib.