Elçibəyin müşavirini maşın vurub ÖLDÜRDÜ

 Elçibəyin müşavirini maşın vurub ÖLDÜRDÜ

Türkiyədə yaşayan türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlu Bakıda yol qəzasında vəfat edib.

Asayis.Az
 xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib. Məlumata görə, Azər Maqsudov adlı sürücünün idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçən Acaloğlu Arif Mikayıl oğlunu vurub.

Məlumata görə, o, Azərbaycan Milli Elmlər Akademiyasının dəvəti ilə konfransda iştirak üçün gəldiyi Bakıda yol qəzasında həyatını itirib.

A.Acaloğlu 1956-cı ildə Borçalıda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1982-ci ildə Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb. O, 1983-1986-cı illərdə Tartu Universitetində (Estoniya) Semiologiya üzrə doktorantura təhsili alıb. 1987-1990-cı illərdə folklor kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində müəllim olmuşdur.

O, 1992-1993-cü illərdə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarında işini tərk edərək Türkiyədə məskunlaşıb. Uzun müddət Bilgi Universitetinin Rus Dili Proqramında, 2008-2019-cu illərdə isə Yeditəpə Universitetinin Antropologiya bölməsində müəllim vəzifəsində çalışıb. O, akademik və siyasi araşdırmalarla yanaşı, bir çox televiziya proqramları, müsahibələr və populyar məqalələr hazırlayıb, 30-dan çox tərcümə kitabı nəşr edilib.

11:12 - 17 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin