Quba rayonunda 2005-ci il təvəllüdlü Əlövsət yetkinlik yaşına çatmayan Qədirə (adlar şərti verilib – red.) təcavüz edib.
Asayis.Az-ın məlumatına görə, hadisə 27 avqust 2021-ci ildə Quba rayonunun kəndlərindən birində baş verib.
Əlövsət kənd ərazisinin yaxınlığından keçən su kanalı olan yerdə əvvəllər tanıdığı və həmkəndlisi 2011-ci ildə anadan olan Qədirin yol ilə piyada hərəkət etdiyini görüb. O, Qədiri yanına çağırıb. Amma Qədir evlərinə getdiyini bildirərək ona yaxınlaşmaqdan imtina edib.
Bu zaman Əlövsət cəld Qədirin üzərinə yeriyərək cibindən çıxartdığı kəsici alətlə (rezakla) hədələyib, əllərindən yapışaraq yaxınlıqdakı kolluğa dartıb.
Orada Əlövsət cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə azyaşlı olduğundan onunla edilən hərəkətlərin sosial mahiyyətini dərk etmək və müqavimət göstərmək qabiliyyətinə malik olmayan Qədirin köməksiz vəziyyətindən istifadə edib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Hadisəni törədən Əlövsətin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Bu cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Əlövsət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, hadisə olana qədər Quba rayonunun kəndində yaşayıb: “Zərərçəkmiş Qədir həmkəndlimdir. Onu əvvəl tanımışam və kənddə görmüşəm. Qədirin neçə yaşı olduğunu bilməmişəm. Hadisə günü 3 butulka pivə içdim. Sonra Qədir özü yanıma gəldi. Bu zaman özü şalvarını aşağı çəkərək cinsi əlaqədə olmasını dedi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra özü də şalvarını aşağı çəkib: “Qədirlə cinsi əlaqədə olandan sonra getdi. Qədirin xəsarətlərin haradan yaranmasını bilməmişəm. Üzərimdə “rezak”ın özü deyil, yalnız qabı olub. Həmin “rezak” ilə Qədiri hədələməmişəm. Hadisədən sonra polisə aparılmışam. Orada mənə təzyiq edilib, hüquqlarım izah edilməyib. Qədirlə cinsi əlaqədə olmağımı etiraf etmək tələb edilib”.
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. Həmin ifadədən məlum olur ki, Əlövsət ittiham üzrə özünü qismən təqsirli bilib. Onun sözlərinə görə, 27 avqust 2021-ci ildə, günortadan sonra Quba rayonunun kəndinin ərazisində yerləşən su kanalı olan yerdə əvvəldən tanıdığı azyaşlı Qədirlə qarşılaşıb: “Qədiri təxminən bir həftə əvvəldən tanıyırdım. Onun azyaşlı olması və təxminən 10 yaşında olmasını qabaqcadan bilirdim. Həmin günü Qədirlə su kanalı olan yerdə qarşılaşdığında həm özüm, həm də Qədir tək olub. Yaxınlıqda da heç bir adam yox idi. Onunla qarşılaşan vaxtı özüm kanalın yanında durmuşdum ki, yaşadığımız fermaya gedən suyu kənardan heç kim gəlib qarşısını kəsməsin. Bu vaxtı Qədir əvvəlcə əl arabası ilə keçərək getdi, harasa ot apardı. Bir müddət sonra Qədir geri qayıtdıqda onunla oturaraq söhbət etdik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, aralarında söhbət olanda birdən Qədirlə qeyri-təbii yolla cinsi əlaqədə olmaq fikrinə düşüb: “Onun istəyi olmadan zorla cinsi əlaqədə oldum. Cinsi əlaqədə olarkən ona heç bir xəsarət yetirməmişəm, onu vurmamışam. Qədirdə cinsi əlaqədə olan zaman mənə müqavimət göstərmədi, köməyə adam çağırmadı. Lakin sonradan gedib olanları anasına, atasına deyib”.
İş üzrə zərərçəkmiş Qədirin sözlərinə görə, Qubanın kəndində valideynləri ilə birlikdə yaşayır: “27 avqust 2021-ci ildə, günorta saatlarında bibimgilə ot aparmağa getdim. Oradan tək evlərinə qayıtdıqda su kanalı olan yerdə Əlövsətin dayandığını gördüm. Əlövsət su kanalının yanında tək olub, başqa heç kəs olmayıb. Əlövsət birlikdə meyvə yeməyi təklif etdi. Mən də onun təklifi ilə razılaşdım. Sonra Əlövsət qolumdan tutaraq su kanalı yaxınlığındakı kolluq yerə apardı. Bu zaman zorla cinsi əlaqədə oldu. Əlövsətin əlindən qaçmağa çalışsam da, o, arxadan biləyimdən bərk tutaraq saxladı. Sonra dedi ki, evdəkilərə heç nə deməsəm, əlindəkini mənə verəcək. Onun əlində isə narıncı rəngli plastmas qaba oxşar əşya olub. Əlövsət cinsi əlaqədə olduqdan sonra evə getdim. Bu haqda evdə anama dedim, anam isə atama dedi. Sonra məni həkimə apardılar”.
Məhkəmənin hökmü ilə Əlövsət 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili tərəfindən apellyasiya şikayəti verilib. Vəkil Əlövsətin barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.
Demokrat.az