Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb.
Asayis.Az xəbər verir ki, Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bakıdan yola düşən köç karvanına Tərtər, Bərdə, Qax və Lənkərandan Zabuxa qayıdan ailələr də qoşulacaq. Bu gün kəndə 25 ailə - 94 nəfər köçürülür.
Qeyd edək ki, bugünkü köç nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndində 46 ailə, yəni 188 nəfər yaşayacaq.