Bakıda hipermarketə silahlı basqınla bağlı yeni faktlar - Plan necə qurulub?

 Bakıda hipermarketə silahlı basqınla bağlı yeni faktlar - Plan necə qurulub?

Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Asayis.Az
 xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən Dəyanət Qüdrətovun məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığı məlum olub. 

Bu səbəbdən onun istintaqa zamanı verdiyi ifadəsini elan edilib. 

Həmin ifadədən məlum olur ki, peşə liseyində təhsil alıb: 

"Ruhlan İsmayılovla həmin liseydə bir yerdə təhsil almışıq. Daha sonra isə özəl mühafizə şirkətində mühafizəçi işləmişəm".

Dəyanət Qüdrətov daha sonra qeyd edib ki, Ruhlan İsmayılovla bir yerdə görüşəndə onun tapançası olduğunu görüb: 

"Həmin vaxt Ruhlan hipermarketə gələn İnkasator maşınına basqın edib, pulu aparmaq barədə planı olduğunu dedi. Ruhlan mənə dedi ki, fala baxdırmışsm, bu basqının nəticəsi yaxşı olacaq. Məndə Ruhlana inandım".

Dəyanət Qüdrətov həmçinin deyib ki, Ruhlan İsmayılov bu basqın planı Turqutla həyata keçirmək istəsə də, amma Turqut bu işə laqeyd yanaşdığı üçün onunla iş tutmayıb. 

O, ifadəsində Ruhlanın onun adına avtomat silah almasını da etiraf edib. 

Təqsirləndirilən şəxs deyib ki, basqın planına əsasən Azər Məmmədov onları hipermarketə yaxın yerdə maşında gözləməli imiş: 

"Həmin hadisənin törədilməsi ilə bağlı bizə daha bir maşın da lazım oldu. Buna görə də Azərin adına maşın almaq istəyiblər. Sonra Azəri apararaq işə qoyubx oradan da Qəbələ rayonuna qaçaraq gizlınmşli idik".

Onun sözlərinə görə, 2023-cü il martın 4-də onlar görüşüblər və birlikdə hadisə yerinə yollanıblar: 

"Hadisədən əvvəl Ruhlanın verdiyi tapançanı belimdə olan kəmərinin arxa hissəsinə keçirdim. Əvvəlcədən aptekdən aldığım tibbi maskanı isə üzümə keçirdim ki, tanımayım. Ruhlan başqa tərəfdə, mən isə başqa hissədə olmuşam. Saat 12-də İnkasator maşını gəldi. Votsapda Ruhlan zəng etdi ki, gələnlər onlardır. Plana əsasən Ruhlan mühafizəçinin, mən isə sürücünü öldürməli idik. Amma kassiri öldürmək planda olmayıb. Məqsədi isə kassiri qorxutmaq olub. Mən ilk atəşə açırdım, həmin atəş yan keçdi. 

İkinci dəfə atəş açanda isə tapançanın çaxmağı ilişdiyi üçün atəş aça bilmədim. Həmin vaxt mühafizəçi də cibində olan silahı əl ataraq çıxardı. Vəziyyət belə yarananda mən hipermarketdən çıxıdm və oradan uzaqlaşdım. Kənara gedəndən sonra Ruhlana zəng etdim. Amma Ruhlan cavab vermədi. Belə olanda mən Binə qəsəbəsində getdim. Yolda heç kimə bir söz demədim. Binə qəsəbəsində əsgər yoldaşıma yazdım, belə bir hadisənin baş verdiyini, həmin hadisəni mənim törətdiyimi dedim".

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə ifadə verən Dəyanət Qurbanov Ruhlan İsmayılovun təzyiqi altında bu cinayəti törətdiyini deyib. 
Bildirib ki, Ruhlan İsmayılov onu və valideynlərini öldürməklə hədələyib, hədə-qorxu altında bu cinayətin iştirakçısı kimi cəlb olunub. 

Bu gün keçirilən prosesdə hakim deyib ki, hədə-qorxu yolu ilə adi cinayətlər törətmək olar, amma belə bir ağır cinayəti törətmək olmaz. Hakim təqsirləndirilən şəxsdən məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında olan ziddiyyətlərin nə ilə bağlı olduğunu soruşub. 

Dəyanət Qüdrətov ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyini deyib. 
Bildirib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma yerində təzyiqlərə məruz qalıb. 

Hakim bildirib ki, vəkilin də ifadə verən zaman yanında olub, onda bu təzyiqləri görüb? 

Təqsirləndirilən şəxs həmin təzyiqlərin vəkilinin görmədiyini deyib. Dəyanət Qüdrətov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlənməyib. 

Suallara cavab verən Dəyanət Qüdrətov bildirib ki, Baş prokurorluqda yox, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində  dindirilib, prokurorluğun da müstəntiqi ora gəlib. 

O, işgəncə verilməsi ilə bağlı bədənin də izlər də olduğunu qeyd edib. 
Bildirib ki, Bakı İstintaq Təcridxanasına daxil olan zaman işgəncəyə məruz qaldığını bildirib, bu da istintaq təcridxnasın tibbi kitabında qeyd olunub.

Hakim bildirib ki, məhkəmə öz təşəbbüsü ilə Bakı İstintaq Təcridxanasına sorğu göndərilməsi barədə qərar qəbul edir. 

Qərarda qeyd olunur ki, Dəyanət Qurbanovun istintaq təcridxanasına daxil olan zaman bədənində xəsarət izlərinin olması barədə sənədlər, həmçini istintaq təcridxanasının istintaq təcridxanasının tibb kitabının sürəti məhkəməyə təqdim olunsun. 

Məhkəmə həmçini eyni məzmunlu sorğu ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinə də sorğu göndərilməsi barədə qərar qəbul edib. 

Həmçin qərarda qeyd olunub ki, Cinayət-prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən işgəncə faktı ilə bağlı araşdırma aparılması üçün Baş Prokurorluğa qərar göndəriləcək.

Daha sonra digər təqsirləndirilən şəxslər - Səbuhi Qurbanov, İbrahim İbrahimov, Azər Məmmədov da işgəncələrə məruz qaldıqlarını deyiblər. Hakim bildirib ki Səbuhi Qurbanov, İbrahim İbrahimov, Azər Məmmədovun da işgəncələrə məruz qalmaları ilə bağlı eyni məzmunlu qərar qəbul edilir. 
Növbəti proses noyabrın 22-də davam edəcək.

İttihama görə, bu ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər - 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə və öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuiyyətinə cəlb edilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ölmüş təqsirləndirilən şəxs Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.

Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilib.

Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub.

Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.
 

15:48 - 16 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin