Marketlərdəki darçın çubuqları saxtadır? - AÇIQLAMA

 Marketlərdəki darçın çubuqları saxtadır? - AÇIQLAMA

Satışda saxta darçın çubuqları var. Sosial şəbəkə istifadəçilərinin yazdıqlarından belə məlum olur ki, marketlərdə satılan darçın çubuqları adətən darçın ağacının yox, kassiya ağacının qabığıdır. 

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, darçınla bağlı problem ölkədə neçə illərdir davam edir:

“İki ay əvvəl Şri-Lankada oldum, ora darçının vətənidir. Əsl darçın çubuğu Azərbaycanda satılan darçından xeyli nazik olur, tez qırılır və ətri də daha azdır. Satışda olan saxta darçınların tərkibində kumarin deyilən maddə var, insan üçün zərərlidir. 



Müqayisə üçün Azərbaycana özümlə əsl darçının nümunəsini gətirmişəm. Azərbaycanda darçın istehsal edən “İlğım” şirkəti məhsulun etiketinə yazır ki, darçın 13 dərdə dərmandır, yəni istehsal etdiyi saxta darçın. Bu, istehlakçı hüquqlarının pozulması, onların aldadılmasıdır. 

Məhsulun üzərində belə informasiyalarıın olması onları cəlb etməkçündür. Bu cür məlumatlar elmi tədqiqatlara əsaslanmalıdır. 

Yaxşı olar ki, Qida Təhlükəsizliyi Agentliyi belə məsələlərə diqqət yetirsin və saxta darçın satışının qarşısı alınsın”.




 

12:36 - 16 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin