Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

 Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
 

99-EU-673 dövlət nömrə nişanlı "Mercedes" və 10-SZ-919 dövlət nömrə nişanlı "Lexus" markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü Sultanov Fərrux Aslan oğlu və 2011-ci il təvəllüdlü Sultanzadə Yəhya Fərrux oğlu xəsarət alıb.
 

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


20:27 - 12 İyun 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin