Şirvanda toyda dava oldu: Qonaqlar polis şöbəsinə aparıldı - TƏFƏRRÜAT

 Şirvanda toyda dava oldu: Qonaqlar polis şöbəsinə aparıldı - TƏFƏRRÜAT

Şirvan şəhərində şadlıq saraylarında birində keçirilən toy məclisində dava olub. 

Asayis.Az-ın məlumatına görə, Sabirabad rayon sakini, 1984-cü il təvəllüdlü Vüsal (ad şərti verilib red.) Şirvan şəhərində yerləşən şadlıq sarayında toyda iştirak edib. O, toyda olarkən bir qədər spirtli içki qəbul edib. 

Həmin toyda iştirak edən həmkəndliləri polis şöbəsinə aparıldıqlarından və toy məclisinə həmin şəxslərin avtomobili ilə gəldiyindən o da polis şöbəsinə gedib. 

Vüsal avtomobili polis şöbəsində saxlayıb və spritli içki qəbul etdiyindən mübahisə edərək polisin qanuni tələblərinə tabe olmayıb. 

Vüsalın barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə inzibati qaydada ittiham verilib.

Şirvan şəhər Məhkəməsinin qərarı ilə Vüsal 150 manat cərimə olunub. 

Demokrat.az

14:00 - 15 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin