Bakı Kommersiya Məhkəməsində Azərbaycan Mərkəzi Bankının “Çinar-Araz Firması” MMC və “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova qarşı məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.
Qeyd: Azərbaycan Mərkəzi Bankı “Çinar-Araz Firması” MMC və İsfəndiyar Axundovu məhkəməyə verərək ipoteka müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
Xatırlatma: İsfəndiyar Axundov 2001-ci ildə yaradılmış “Şərur” MTK-nın təsisçisidir.
“Çinar-Araz Firması” MMC isə 03.01.1996 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Abdullayev Mübariz Mahmud oğlu, hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Mikayıl Əliyev, ev məhəllə 2404-dür.