Bakıda evdən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki evlərin birindən 9500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini K.İsabəyli müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.