Poçt tariflərini bu nazirlik tənzimləyəcək

 Poçt tariflərini bu nazirlik tənzimləyəcək

Azərbaycanda universal poçt rabitəsi xidmətlərinin tariflərini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müəyyən edəcək.

Asayis.Az
 xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevnin imzaladığı fərmanda qeyd edilib.

Yeni fərmana əsasən, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanının 3.6-cı bəndi və “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsində dəyişiklik edilib.

Bu dəyişikliklə universal poçt tariflərinin tənzimlənməsi funksiyası Tarif (Qiymət) Şurasından alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.

Fərmanda göstərilir ki, RİNN tarifləri müəyyən edərkən İqtisadiyyat və Maliyyə nazirliklərinin rəylərini nəzərə almalıdır.

15:36 - 14 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin