Məktəblərdə payız tətili BAŞLAYIR

 Məktəblərdə payız tətili BAŞLAYIR

Noyabrın 16-dan ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin beşgünlük payız tətili başlayır.

Asayis.Az 
xəbər verir ki, Elm və Təhsil Nazirliyindən bildirilib ki, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr – 5 gün olmaqla əhatə edir” – deyə, nazirlik qeyd edib.

12:00 - 14 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin