İmişli rayonunda ağır yol qəzası baş verib.
Asayis.Az xəbər verir ki, hadisə İmişli-Kürdəmir avtomobil yolunun Məmmədli kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Coşqun Tağıyev sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2107 markalı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı edib. Bu vaxt o, idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə sürücü C.Tağıyev və avtomobildə olan ailə üzvləri - 1976-cı il təvəllüdlü İnci Tağıyeva, 2009-cu il təvəllüdlü Rəqsanə Tağıyeva və oğlu, 2014-cü il təvəllüdlü Fəxri Tağızadə xəsarət alıblar.
9 yaşlı Fəxri aldığı xəsarətlərdən İmişli Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı istintaq aparılır.