“Azərişıq” Laçında yenidənqurma işlərini davam etdirir - VİDEO

 “Azərişıq” Laçında yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” yenidənqurma işləri çərçivəsində digər rayonlarımız kimi Laçında da böyük ölçüdə işlər görməyə davam edir. Asayis.Az xəbər verir ki, hazırda Cağazur, Qorçu və Qaragöl istiqamətində elektrik şəbəkələri yenilənir.

Ümumilikdə görülən digər işlərlə yanaşı Laçın şəhəri daxilində yeraltı xətlərin çəkilişi davam edir. Eyni zamanda Şəlvə, Qaragöl, Zağazur və Minkənd istiqamətinə çəkilən 35 kv-luq hava xətti də tamamlanmaq üzrədir. 

Qeyd edək ki, “Azərişıq” ASC elektrik təsərrüfatının yenidən qrurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir.

 


16:18 - 13 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin