Bakının Nərimanov rayonunda 4 evdən 113 min manatlıq oğurluq edən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, paytaxtın Nərimanov rayonunda yerləşən mənzillərdən birindən oğurluq edilib. Zərərçəkən Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək evdən 60.000 manat dəyərində qızıl-zinət əşyalarının və qiyməti 3000 manat olan xəz dərinin oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha 3 sakinin ərizəsi Polis İdarəsində qeydiyyata alınıb. Onlar da evlərindən ümumilikdə 50.000 manata yaxın qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.