78 yaşlı müğənni və aktrisa xəstəlikdən dünyasını dəyişdi - FOTO

 78 yaşlı müğənni və aktrisa xəstəlikdən dünyasını dəyişdi - FOTO

Amerikalı müğənni, bəstəkar və aktrisa Konni Van Dayk 78 yaşında dünyasını dəyişib. 

Asayis.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun oğlu Bronson Peyc məlumat yayıb.

Bildirib ki, anası Los-Ancelesdə damar demensiyasının ağırlaşması nəticəsində vəfat edib.

Xatırladaq ki, Konni müğənni və bəstəkarlıqla yanaşı aktrisalıqla da məşğul olub.

“W.W. and the Dixie Dancekings” və “Framed” kimi filmləri məşhurluq qazanıb. Sənətçi karyerasına hələ 15 yaşında olarkən başlayıb.

 

QALEREYA

17:00 - 12 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin