Zaqatalada itkin düşən hindistanlı turistin atasının başına iş gəlib.
Ötən gün oğlunun axtarışlarına qoşulan Purna Chandra Rao Kondaveeti dağdan enərkən leysana düşüb. Nəticədə çaya yıxılan Chandra Rao Kondaveetinin ayaqqabılarını sel aparıb. Axtarış qrupunun üzvləri çətinliklə də olsa onu sağ-salamat qaldığı otelə çatdırıblar.
Onu da qeyd edək ki, ötən gün aparılan axtarışlar da heç bir nəticə verməyib.
Xatırladaq ki, ötən gün axşam saatlarında Zaqatalada qeyri-sabit hava şəraiti hökm sürüb, qasırğa və güclü küləklə müşayiət olunan leysan yağıb.
Qeyd edək ki, Hindistan vətəndaşı, 29 yaşlı Kondaveeti Manikathi mayın 12-də Zaqatala rayonunda otellərdən birindən dağa getmək adı çıxıb və geri qayıtmayıb.
O yoxa çıxandan dərhal sonra atası və qardaşı Dharan Kondaveeti Zaqatalaya gəliblər.
Ailəsi onu tapan şəxsə böyük məbləğdə pul mükafatı vəd edib.