Neftçalada şübhəli şəxs həyatına qəsd edib

 Neftçalada şübhəli şəxs həyatına qəsd edib

Noyabrın 10-da Neftçala rayonunda ölüm hadisəsi baş verib.

16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən 1971-ci il təvəllüdü Hüseynov Azər Mahmud oğlu paltar lifindən hazırladığı vasitə ilə saat 04 radələrində həyatına qəsd edib. Göstərilən tibbi müdaxilələrə baxmayaq onun həyatını xilas etmək mümkün olmayıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, onun bədən səthi üzərində hər hansı xəsarət izi aşkar olunmayıb. Ölüm faktı ilə bağlı məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırma aparılır.

13:00 - 11 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin