Noyabrın 10-da Neftçala rayonunda ölüm hadisəsi baş verib.
16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən 1971-ci il təvəllüdü Hüseynov Azər Mahmud oğlu paltar lifindən hazırladığı vasitə ilə saat 04 radələrində həyatına qəsd edib. Göstərilən tibbi müdaxilələrə baxmayaq onun həyatını xilas etmək mümkün olmayıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, onun bədən səthi üzərində hər hansı xəsarət izi aşkar olunmayıb. Ölüm faktı ilə bağlı məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırma aparılır.