Balakəndə evdən kişi meyiti tapılıb

 Balakəndə evdən kişi meyiti tapılıb

Balakəndə evdən kişi meyit tapılıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qullar kəndində baş verib.

Kənd sakini 1975-ci il təvəllüdlü Əfqan Muxtar oğlu Motuxovun meyiti yaşadığı evdə aşkar edilib. Ə.Motuxovun ölümünün dəqiq səbəbi aydınlaşdırılmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

18:00 - 10 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin