Videosunu yaymaqla hədələyib pul almışdı, saxlanıldı

 Videosunu yaymaqla hədələyib pul almışdı, saxlanıldı

Ötən gün paytaxt sakini polis orqanına müraciət edərək naməlum şəxsin onun videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1170 manatını almasını bildirib. 

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Qobustan rayon sakini Nail Rəcəbov müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

16:00 - 10 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin