“Hərbçilərin maaşının artırılması Ali Baş Komandanın ordumuza bayram hədiyyəsi oldu”

 “Hərbçilərin maaşının artırılması Ali Baş Komandanın ordumuza bayram hədiyyəsi oldu”

"Prezident İlham Əliyev tərəfindən hərbçilərin aylıq vəzifə maaşının artırılması Müzəffər Ali Baş Komandanın Silahlı Qüvvələrimizə, onun şəxsi heyətinə olan diqqət və qayğısından xəbər verir”.

Asayis.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib. Millət vəkili qeyd edib ki, bu fakt bir daha dövlət başçısının hərbçilərin sosial rifahını yaxşılaşdırmaq istiqamətində səylə çalışdığını göstərir: 

“Hər bir Azərbaycan vətəndaşı kimi Silahlı Qüvvələrin şəxsi heyətinin sosial durumunun, mənzil-məişət şəraitinin yaxşılaşması, onların maddi təminatının gücləndirilməsi hər zaman ölkə başçısının diqqət mərkəzində olub, bu istiqamətdə dövlətimiz tərəfindən daim ardıcıl və sistemli addımlar atılıb. Dövlət başçısının bu gün imzaladığı fərmanlar da məlum siyasətin məntiqi davamıdır.

8 Noyabr-Zəfər Günü ərəfəsində hərbçilərin aylıq vəzifə maaşının əhəmiyyətli dərəcədə artırılması Ali Baş Komandan tərəfindən hərbçilərə ünvanlanan bayram hədiyyəsi oldu. Mən buna görə Prezident İlham Əliyevə təşəkkür edir, öz minnətdarlığımı bildirirəm. Əminəm ki, Zəfər Gününə bir gün qalmış atılan bu addım hərbçilərimiz üçün mənəvi baxımdan da ciddi stimul olacaq, onları yeni uğurlara ruhlandıracaq”. Demokrat.az

16:30 - 8 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin