İnsan alverində təqsirli bilinən 50 yaşlı Elnarə Zamanova bir müddət əvvəl saxlanılıb.
E. Zamanova Bakıda müxtəlif ünvanlarda yaşayan iki qadına - 1987-ci il təvəllüdlü L.Q. və 1988-ci il təvəllüdlü E. K.ya xaricdə işə düzəltmək vədi verib. Bu məqsədlə onlardan birini 2013-cü ildə, digərini isə 2016-2017-ci illərdə Türkiyənin Kırşehir şəhərinə və Dubaya aparıb. Burada isə onları aldadaraq, kişilərlə cinsi əlaqəyə cəlb edib.
Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İnsan alveri, İki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsilə ittiham elan olunub.