Bakıda möhtəşəm turnir — Yeniyetmə və gənc gimnastlar məharətlərini göstərdi (FOTOLAR)

 Bakıda möhtəşəm turnir — Yeniyetmə və gənc gimnastlar məharətlərini göstərdi (FOTOLAR)

Paytaxtda bir ildir ki, fəaliyyət göstərən “ProSport”  idman klubu sayca 3-cü ənənəvi “Prosport Gymnastics Championships” yarışını keçirib.

Sözügedən yarışa digər klublardan və bölgələrdən gimnastlar qatılıb.

Ümumilikdə 150-dən çox idmançının qatıldığı yarış klubun təsisçiləri, beynəlxalq və milli dərəcəli hakim və məşqçilər Leyla Hüseynli ilə Samirə Səlimzadə təşkilatçılığı ilə baş tutub.

Asayis.az xəbər verir ki, L.Hüseynli keçirilən yarışla bağlı bu fikirləri səsləndirib:

“Ölkəmizdə bütün sahələrdəki inkişaf göz önündədir. Eləcə də, idman sahəsindəki uğurları görməzdən gələ bilmərik.

İnkişaf edən, gənclərə, yeniyetmələrə dəstək olunan idman növlərindən biri də gimnastikadır.

Ölkənin I vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri Mehriban xanım Əliyevanın sayəsində bu idman növü öz inkişaf dövrünü yaşayır. 
Biz də öz növbəmizdə sahədə əlimizdən gələni etməyə, gimnastikanın kütləviləşməsində kömək etməyə çalışırıq. 

Sayca 3-cü dəfə keçirdiyimiz yarışda qızlar bədii gimnastika, oğlanlar isə akrobatika gimnastikası üzrə mübarizə aparırdılar".

Məşqçi Leyla hüseynli, həmçinin bildirib ki, bölgələrdən, Gəncə şəhərindən də idmançıların qatıldığı yarışda ümumilikdə 150-dən çox gimnast iştirak edib:

"Düşünürəm ki, bu cür yarışlar gənc və yeniyetmə idmançıları böyük arenalara hazırlayır və onlarda motivasiya yaradır.

Mütəxəssis olaraq düşünürəm ki, idmançılarımızın fiziki və texniki hazırlıqlarında ötən ilə nisbətən böyük fərq var.

Amma biz dayanmırıq. Qarşıda planlarımız çoxdur, bu ayın 9-da Dubayda keçiriləcək Beynəlxalq turnirə yollanırıq.

İl sonunda isə bizim yenidən qış turnirimiz olacaq.

Bir daha qalibləri təbrik edir, gələcək yarışlarda uğurlar arzu edirəm".



11:12 - 7 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin