Avtobus zolağına çıxan sürücü yolu kəsib davaya başladı - VİDEO

 Avtobus zolağına çıxan sürücü yolu kəsib davaya başladı - VİDEO
Bakı-Sumqayıt yolunda baş verən hadisə anbaan kameraya düşüb.

Asayis.Az Avtosfer.az-a istinadən xəbər verir ki, 10-AB-005 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü ümumi istifadədə olan nəlqiyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olaraq avtobusun qarşısına keçib. O, dəfələrlə sərt tormoz verərək avtobusa qəza şəraiti yaradıb və sonra onun qarşısını kəsərək hərəkəti dayandırıb.

Bundan sonra hər iki sürücü düşərək dava etməyə başlayıblar. Ərazidə xidmət aparan yol polisi əməkdaşları onların dava etdiyini görərək müdaxilə etməyə başlayıblar.
 

 

18:00 - 6 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin