“Qarabağdakı ermənilərin 95 faizi Ramil Usubova işləyirdi” - MƏHKƏMƏ

 “Qarabağdakı ermənilərin 95 faizi Ramil Usubova işləyirdi” - MƏHKƏMƏ

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə keçirilən prosesdə şahid qismində Azay Kərimov  ifadə verib. 

Asayis.Az xəbər verir ki, bu gün keçirilən prosesdə ifadə verən şahidin sözlərinə görə, təqsirləndirilən şəxsi tanıyıb: "Özüm hərbçi olmuşam. Azərbaycana 1990-ci ilin yanvarında gəlmişəm. Bizim kəndimiz Xankəndiyə bitişik olub. Özüm könüllü milli orduya qoşulmuşam. Qarabağda yaşayan ermənilərin bir çoxu milli münaqişələr yaradıblar. Köçəryan, Sarkisyan, Vitali Balasaniyan erməniləri qızışdırırdılar, mitinqlərə cəlb edirdilər. Bunlar əllərinə silah almayan erməniləri şantaj edirdilər". 

Şahidin sözlərinə görə, Meşəli hadisəsi baş verən günü Şuşanın Malıbəyli kəndini mühafizə edib: "11 nəfərlik dəstə idilər. Biz müşahidə apardırdıq, oğurluq edirdilər. Heyvanları belə gülləyirdilər. Biz bu mütəşəkkil dəstəninin 8 üzvünü zərərsizləşdirə bildik". 

Şahid qeyd edib ki, Meşəli hadisəsindən əvvəl Vaqif Xaçaturyan cinayət törətdiyi üçün Şuşa həbsxanasında saxlayıblür. Onun sözlərinə görə, Xaçaturyan türmədə dişləri ilə damarını kəsdi, bu səbəbdən onu Şuşa xəstəxanasına aparıblar. Qeyd edib ki, bundan sonra Vaqif Xaçaturyan xəstəxanadan qaçıb. 

Azay Kərimov deyib ki, Vaqif Xaçaturyan milli münaqişələrin baş verməsinin təşkilatçılarından əsas adam olub: "Vaqif Xaçaturyan bu cinayətləri törətməklə həmin dövrdə özünə hökm çıxarıb. Bu öz başına deyildi. Bunları məcbur edənlər var idi. Onlarda indi burada yoxdurlar. Ermənistanda mətbuata açıqlamalar verib. Samuel Babayan bir nömrəli fiqurdur, cinayət törədib". 

Şahid qeyd edib ki, general polkovnik Ramil Usubov o dövrdə Qarabağda işləyib: "Ermənilərin 95 faizi ona işləyirdi. Biz buna görə də qabaqcadan əməliyyat məlumatları alaraq hadisə yerinə gedirdik".
 

17:36 - 6 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin