Bakıda və Abşeron yarımadasında hava şəraiti noyabrın 10-dan etibarən kəskin dəyişəcək.
Məlumata görə, noyabrın 10-u paytaxtda və yarımadada möhkəm külək əsəcək.
Havanın temperaturu gündüz 16 dərəcə, gecə isə 9 dərəcəyədək enəcək.
Noyabrın 11-dən küləyin sənginəyəcəyi və havanın temperaturunun isə tədricən yüksələcəyi gözlənilir.