Ağcabədi rayon prokurorunun müavini Taleh Osmanov tutduğu vəzifədən azad edilib.
Məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
K.Əliyevin digər əmri ilə o, Xocavənd rayon prokuroru təyin olunub.
Baş Prokurorluğun Mətbuat Xidməti təyinatla bağlı məlumatı təsdiqləyib.