Gəncədə avtomobilin vuraraq öldürdüyü şəxs ehtiyatda olan polkovnik-leytenant olub - FOTO

 Gəncədə avtomobilin vuraraq öldürdüyü şəxs ehtiyatda olan polkovnik-leytenant olub - FOTO

Gəncədə avtomobilin vuraraq öldürdüyü şəxs Azərbaycan Ordusunun ehtiyatda olan hərbçisi olub.

Hadisə iyunun 8-i saat 22 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini R.İsmayılov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Məhsəti qəsəbə sakini Şöhrət Namazovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Ş.Namazov 2016-cı il Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı olub. Allah rəhmət eləsin!

 

17:11 - 9 İyun 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin