Onkoloji xəstələrin müalicəsi üçün ayrılan 50 milyon manat yetərli deyil - DEPUTAT

 Onkoloji xəstələrin müalicəsi üçün ayrılan 50 milyon manat yetərli deyil - DEPUTAT

"Düzdür, gələn ilin büdcəsindən səhiyyə xərcləri üçün 20 milyondan çox vəsait ayrılıb. Lakin bu vəsaitlə ağır patologiyaları müalicə etmək mümkün deyil”.

Asayis.Az
 xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin ictimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında deyib.

“Nəzərə alsaq ki, icbari tibbi sığorta fondu get-gedə artır və səhiyyə büdcəsinin 73,5 faizi icbari tibbi sığortaya yönəlir, mənə elə gəlir, tədricən bu proqramları icbari tibbi sığortaya keçirmək lazımdır”, - o bildirib.

Əhliman Əmiraslanov, həmçinin, onkoloji xəstəliklərin müalicəsi üçün 50 milyon manat vəsait ayrıldığını qeyd edib: “Lakin bu vəsait təkcə xəstəliyin müalicəsi üçün deyil, eyni zamanda, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün də nəzərdə tutulub. Ancaq bu vəsait onkoloji xəstəliklərin müalicəsi üçün yetərli deyil. Bunun çıxış yolu onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta zərfinə salınmasıdır”. (APA)

 

15:00 - 4 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin