Azərbaycanda internetin sürəti və qiyməti ilə bağlı vəziyyət yaxşı deyil.
Asayis.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentdə büdcə müzakirələri zamanı deyib.
O qeyd edib ki, bu sahədə işlər görülür, müsbət irəliləyiş var.
"Amma xaricə gedəndə və orada interneti istifadə edəndə fərqi daha yaxşı başa düşürük. Bu problemin həll edilməsi ilə bağlı xərclər çox vaxt vətəndaşların üzərinə qoyulur. Şirkətlər xəttlərin dəyişdirilməsi, avadanlıqların alınması üçün vətəndaşlardan vəsait istəyir. Büdcədən vəsait ayrılır, ancaq tam nəticə əldə edə bilmirik. Bu sahədə nəzarət artırılmalıdır”, - deputat vurğulayıb.