Qadın döyülərək öldürüldü, meyitinin GÖRÜNTÜLƏRİ YAYILDI

 Qadın döyülərək öldürüldü, meyitinin GÖRÜNTÜLƏRİ YAYILDI

Abşeron rayonunda qadın döyülərək qətlə yetirilib. 

Məlumata görə, hadisə ötən gün baş verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, yanvarın 10-da Abşeron rayonu Fatmayi kəndi ərazisində üzərində bıçaq xəsarətləri olan qadın meyiti tapılıb:

“Qadının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə onun 34 yaşlı Cəlilabad rayon sakini Yenigül Rəhimli olması müəyyən edilib”.

Qeyd edilib ki, qətli törədənin tapılması istiqamətində əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

22:53 - 11 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin