"Növbəti bir-iki gün ərzində mövsümi qrip vaksinləri ölkədə olacaq".
Asayis.Az APA-ya istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, gələn həftədən ambulator tipli ilkin tibbi xidmətlər göstərən bütün müəssisələrdə həmin vaksinləri əldə etmək mümkün olacaq:
"Vaksinlər 2 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulub".