Penitensiar Xidmət 11 saylı Cəzaçəkmə müəssisəsində məhkumlarla müəssisə əməkdaşları arasında insident olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Xidmətin mətbuat xidmətindən bildirilib ki, cəzaçəkmə müəssisəsində bir neçə nəfərin ağır xəsarət alması ilə nəticələnən insidentin baş verməsi ilə bağlı yayılan xəbərlər əsassızdır:
"Sosial şəbəkədə yayılmış xəbər həqiqəti əks etdirmir. Ümumiyyətlə, cəzaçəkmə müəssisəsində belə hal qeydə alınmayıb".
Xatırladaq ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıda yerləşən 11 saylı Cəzaçəkmə müəssisəsində bir neçə nəfərin ağır yaralanması ilə nəticələnən insident baş verib.
Dava zamanı 5 nəfər məhkumun və müəssisə əməkdaşlarının xəsarət aldığı bildirilib.