Vəfat edən deputatların ailəsinə bu güzəştlər verilirmiş

 Vəfat edən deputatların ailəsinə bu güzəştlər verilirmiş

Azərbaycanda səlahiyyət müddəti başa çatmadan - yəni deputat olduğu dövrdə vəfat etmiş xeyli məllət vəkili olub.

Modern.az-ın məlumatına görə, mövcud qanunvericilik deputat səlahiyyət müddətində vəfat edən şəxslərin ailəsinə müəyyən güzəştlər verir.

Belə ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanunda vəfat etmiş deputatın ailə üzvlərinin pensiya təminatı təsbit olunub.

Qanunun 24-1-ci maddəsində deyilir:

“Deputat səlahiyyət müddətində vəfat etdikdə, onun ailə üzvləri - dul arvadı (əri), anası (atası) və himayəsində olmuş 22 yaşına çatmamış işləməyən uşaqları həmin deputatın orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alırlar".

 

16:36 - 1 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin