Arif Hacılının oğlu həbs olundu - VİDEO

 Arif Hacılının oğlu həbs olundu - VİDEO
Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı həbs edilib. 

Asayis.Az
 xəbər verir ki, bu barədə Arif Hacılı özünün Facebook profilində məlumat verib. 

"Oğlumu həbs etdilər. Haqqında məlumat verilən qəza hadisəsində toqquşan avtomobildə olan sürüсünün xəsarət almasını sənədləşdirmək cəhdləri baş tutmadıqdan və hadisənin üzərindən 20 gün keçdikdən sonra yeni “zərərçəkən” tapıblar. Guya kimsə yoldan keçərkən bu qəza nəticəsində xəsarət alıb.

Halbuki özlərinin yaydığı videogörüntüdə də orada başqa kimsənin olmadığı aydın görünür".

Bunları özünün Facebook-dakı səhifəsində yazan A.Hacılı qəza hadisəninin hüquqi nəticələrini siyasiləşdirir və bunu özünün siyasi fəaliyyəti ilə bağlayır.

Arif Hacılı "mübarizəni özümüzlə aparın", deyə, hakimiyyətə xitab edir və bununla da qəza törətmiş Orxan Hacıllnın hadisə nəticəsində deyil, siyasi səbəblərdən həbs olunduğunu iddia edir.

Qeyd edək ki, Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı. 

Sosial şəbəkədə yayılan görüntülərdə Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində sərxoş olduğu iddia olunan sürücünün qəza törətdiyi əks olunurdu.

“Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılmışdı. Qəza nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ziyan dəydiyi bildirilirdi. 
 

 

14:48 - 1 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin