Ərdoğan Türkiyədən Cənubi Qafqaza uzanan yolun açılışını etdi

 Ərdoğan Türkiyədən Cənubi Qafqaza uzanan yolun açılışını etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədən Gürcüstan vasitəsilə ilə Cənubi Qafqaza uzanan avtomobil yolunun açılışını edib.

Buta.ws xəbər verir ki, dövlət başçısı bildirib ki, bu avtomobil tuneli regiondan ölkələri iqtisadi cəhətdən bir-birinə daha sıx bağlayacaq.

“Bu tunel Ərzurum və Artvin şəhərlərinin turistik istiqamətdə inkişafına daha da geniş şərait yaradacaq”, - deyə Ərdoğan bildirib.

Dövlət başçısı əlavə edib ki, tunel təhlükəli dağ aşırımından keçən yolları əvəz edəcək və yeni yol vasitəsilə iqtisadiyyat 18 milyon lirə qənaət edəcək.

Qeyd edək ki, “Pırınkayalar” tuneli (2246 metr) Ərzurum vilayətinin Uzundərə rayonu ilə Gürcüstan sərhədindəki Artvin şəhərini birləşdirəcək.

17:01 - 31 Dekabr 2021

Ən son xəbərləri səhifəmizdən də izləyin