Ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə paytaxt üzrə cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı açıqlanıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib ki, 2021-ci ildə Bakıda narkotikə görə ümumilikdə 2 487 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Paytaxtın inzibati rayonları üzrə bölgüsünə əsasən, Sabunçuda 432, Binəqədidə 336, Suraxanıda 288, Xəzərdə 249, Yasamalda 225, Nəsimidə 212, Nizamidə 164, Xətai 164, Qaradağda 153, Nərimanovda 152, Səbaildə 98, Pirallahıda 14 nəfər tutulub.
Bundan başqa, 2021-ci ildə Yasamalda 2139, Sabunçuda 1 602, Suraxanıda 1 005, Nəsimidə 863, Xəzərdə 835, Binəqədidə 824, Xəzərdə 790, Nizamidə 561, Nərimanovda 417, Qaradağda 402, Səbaildə 312, Pirallahıda 63 nəfər – ümumilikdə 9 813 narkotik istifadəçisi saxlanılıb.