Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, Qarabağ qazisi Rey Kərimoğlu sosial şəbəkə hesabında önəmli məsələyə toxunub. O, Qarabağa geri köç edən əhalinin işlə təmin olunmasında yaş məhdudiyyətinin aradan qaldırılmasını təklif edib.
“Dövlət və özəl sektor sahibləri işə götürən zaman, adətən, 30-35 yaş həddi məhdiyyətləri qoyurlar. Yəni 30-35 yaşdan aşağı şəxsləri işə götürürlər. Yaxşı olar ki, Qarağda işləyəcək köçkünlərlə bağlı bu yaş məhdudiyyəti aradan qaldırılsın. Çünki onlar 30 ildir köçkündür...
Yaşları çox olanların yaşından 30 ili çıxıb işə götürsünlər. Məsələn, mənim 56 yaşım var. Yəni 56-30=26. Kim hansı yaşda köçkün düşübsə, elə o yaşdan hesablansın! Bu bir təklifdir, sadəcə”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquq müdafiəçisi Sahib Məmmədov Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib:
“İşəgötürənlərin belə tələbləri qanunsuzdur. Müəyyən sahələrdə çalışmaq üçün yuxarı yaş həddi müəyyən edilib. Digər hallarda işəgötürənlərin yaş həddi müəyyən etməsi qanunla qadağandır”.