İşlədiyi kafenin sahibini öldürən tələbənin məhkəməsi başlayır

 İşlədiyi kafenin sahibini öldürən tələbənin məhkəməsi başlayır

Gəncədə qətl hadisəsi törətməkdə təqsirləndirilən Samir Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Asayis.Az xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Abdulla Məmmədovun icraatına verilib. 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Gəncənin Nizami Gəncəvi prospektində yerləşən kafedə baş verib. Kafeni işlədən Şəmkir rayon sakini Kamil Cəfərova aralarında yaranan mübahisə zamanı Zəngilan rayon sakini Samir Hüseynov tərəfindən bir neçə bıçaq zərbəsi endirilib. 

Nəticədə kafenin sahibi hadisə yerində ölüb. Tələbə olan S.Hüseynov kafedə müvəqqəti günəmuzd işləyirmiş. 

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi üzrə ittiham elan edilib. 
 

14:24 - 31 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin