Şəkidə turistləri daşıyan avtobus aşıb, xeyli sayda yaralı var

 Şəkidə turistləri daşıyan avtobus aşıb, xeyli sayda yaralı var

Şəki şəhərində turistləri daşıyan avtobus qəzaya düşüb.

Hadisə Gileyli məhəlləsi adlanan ərazidə, "Mustafabəy" istirahət mərkəzinə gedən yolda qeydə alınıb.

Belə ki, içərisində 25 nəfər turistin olduğu "Hyundai" markalı avtobus idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtobusda olan xeyli sayda turist xəsarət alıb.

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub. Yaralıların Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

17:26 - 5 İyun 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin