Bakıda uşaq maşını işə saldı, yoldan çıxıb aşdı - FOTOLAR

 Bakıda uşaq maşını işə saldı, yoldan çıxıb aşdı - FOTOLAR

Bakıda minik maşını yoldan çıxaraq aşıb.

Hadisə Yeni Yasamalda qeydə alınıb. 

“Toyota Prado” markalı avtomobil yoxuş aşağı yuvarlanıb. Hadisə şahidlərinin sözlərinə görə, sürücü mağazaya düşüb, avtomobildə olan azyaşlı övladı isə bilməyərəkdən maşını hərəkətə gətirib.

Nəticədə avtomobil aşıb və yararsız vəziyyətə düşüb. Azyaşlının vəziyyəti normaldır. 


17:03 - 5 İyun 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin