"Mədəniyyət komitənin sədri olmayanda onu müavin əvəz edir. Bu funksiya müavin kimi mənə həvalə olunub".
Asayis.Az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa jurnalistlərə açıqlamasında bildirib. O, Milli Məclisin Mədəniyyət komitəsinin mərhum sədri Qənirə Paşayevanın vəzifəsini müvəqqəti icra etdiyini bildirib:
"Yeni başladım, seçkilərə qədər belə davam edəcək. Yenidən deputat seçilsəm, növbəti dəfə bu vəzifəyə namizədliyimi irəli sürəcəyəm".