"Mənim köhnə paylaşımlarımı çıxarıb, "İsrailin etdiyi zülmü dəstəkləyirsən" deyənlərə sözüm var. Mən insanam və insan qırğınını yalnız pisləyə bilərəm”.
OLAY yazır ki, bu sözləri müənni Murad Arif sosial şəbəkədə yazıb.
“Bir neçə həftə öncə, Həmasın hücumu nəticəsində İsraildə 100-lərlə dinc əhali məhv edilmişdir. İsrail hökumətinin Qarabağ münaqişəsində dəstəyini, mesajlarını unutmayaraq mən də İsrail ağrısına mənən dəstək oldum.
Ardınca isə Fələstində baş verənlər, bomba atılmış sivil yerlər, xəstəxanalar və ölən uşaqlar... Yenə də 100-lərlə sivil insanın ürəksızladan görüntüləri.
Başlandı versiyalar, konspiralogiya, bombanı əslində kim atmış və s. söhbətlər...
Siyasətdə heç birimiz birmənalı fikir bildirə bilmərik, heç vaxt. Amma, insan olaraq insan qırğının əleyhinə olmaq vicdan məsələsi.
Mən qırğını necə dəstəkləyə bilərəm? Münaqişələrin belə həlli və bu həddini də şiddətlə qınayıram. Mən ölən körpələrin tərəfindəyəm.
Tək arzum var, insanlar mehriban yaşasın. Yalnız bu məfkurə, amal və təriqəti tanıyıram. Barış, sülh, şəfqət və sevgi... Bu mənim ideal dünyamdır!”