Ötən 5 ildə xidməti intizam və etik davranış qaydalarını pozmuş 1.286 əməkdaş barəsində araşdırmalar aparılaraq 121 nəfər xidmətdən xaric edilib.
Bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda keçirilən Kollegiya iclasında bildirib.
Nazirin sözlərinə görə, 139 nəfər tutduğu vəzifədən azad olunub, 1.026 nəfər haqqında başqa növ məsuliyyət tədbirləri görülüb, cari ilin ötən dövründə isə polisə gətirilmiş şəxslərə qarşı kobudluğa yol vermiş 7 əməkdaşın xidmətdən xaric edilib, 16 əməkdaşın tutduğu vəzifədən azad olunub, daha 21 əməkdaşa başqa növ intizam tənbehlərinin verilib.