Şəmkirdə baş verən qəzada polis əməkdaşı həlak olub.
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İsmət Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, qəza zamanı İ.Adilzadə və sərnişini A.İbadullayev hadisə yerində ölüblər. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.