2020-ci ildən sonra Azərbaycanda 80 və yuxarı yaşda olan şəxslərin sayında azalma baş verib.
Asayis.az xəbər verir ki, modern.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı araşdırmaya görə, 2020-ci ildə Azərbaycanda 80 və yuxarı yaşda olan şəxslərin sayı 150 100 nəfər olub.
Ölkəmizdə “uzunömürlülər” adlandırılan belə şəxslərin sayı sonrakı üç ildə xeyli aşağı düşüb.
Belə ki, 2021-ci ildə 80 və yuxarı yaşda olan şəxslərin sayı azalaraq 146 900 nəfərə enib.
2022-ci ildə isə “uzunömürlülər”in sayı 140 600 nəfər olub.
Nəhayət 2023-cü ildə 80 və yuxarı yaşda olan şəxslərin sayı hələ ki 132 100 nəfər kimi rəsmiləşdirilib.