Tahir Kərimli: “Erkən yaşda nikaha icazə verilməlidir”

 Tahir Kərimli: “Erkən yaşda nikaha icazə verilməlidir”

“Qeyd olunur ki, 17 yaşında qız ərə verilməli deyil. Amma bəzi məqamları nəzərə almaq lazımdır”. Asayis.az xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı deyib.

 

“Elə olur ki, ata xərçəng xəstəsidir. Ömrünə az qalıb. Niyə onun övladının 17 yaşında evlənməsinə icazə verilməsin? Valideyn nə üçün övladının şad gününü görməsin? Bu tip situasiyalarda erkən yaşda nikaha icazə verilməlidir deyə düşünürəm”, - o qeyd edib.

17:12 - 27 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin